İrandakı Rusiya konsulluğu fəaliyyətini dayandırdı
[center]
[/center]
İranın İsfahan şəhərindəki Rusiya konsulluğu fəaliyyətini dayandırıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin teleqram kanalında məlumat yayılıb.
“Mövcud vəziyyətlə əlaqədar olaraq, Rusiyanın İsfahandakı Baş Konsulluğu fəaliyyətini müvəqqəti olaraq dayandırır”, - deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, konsulluğun bərpası ilə bağlı əlavə məlumat veriləcək.