Bakı Weather --°C
|

Putin Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib

09.03.2026 15:04 | 1
[center]Putin Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib[/center]
Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneiyə İranın ali lideri vəzifəsinə seçilməsi münasibətilə təbrik teleqramı göndərib.
Bu barədə Kreml məlumat yayıb.
"Əminəm ki, Siz atanızın (Əli Xamenei - red.) işini şərəflə davam etdirəcək və ağır sınaqlar qarşısında İran xalqını birləşdirəcəksiniz", - Putin qeyd edib.
O həmçinin vurğulayıb ki, Rusiya İranın etibarlı tərəfdaşı olaraq qalır.
Xatırladaq ki, bu gün Müctəba Xameneinin İranın yeni ali lideri təyin olunduğu elan edilib. O, bu vəzifədə fevralın 28-də İsrail və ABŞ-nin birgə əməliyyatı nəticəsində öz iqamətgahında öldürülən atası Əli Xameneini əvəzləyib.

Daha çox xəbər