Bakı Weather --°C
|

İranın zərbələri "QatarEnergy"nin zavodlarında istehsalın dayanmasına səbəb olub

02.03.2026 16:37 | 3

[center]İranın zərbələri "QatarEnergy"nin zavodlarında istehsalın dayanmasına səbəb olub[/center]
"QatarEnergy" İranın hücumları səbəbindən bir sıra şəhərlərdəki zavodda mayeləşdirilmiş təbii qazın (LNG) istehsalını dayandırıb.

Bu barədə şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində bildirilib.

"QatarEnergy"nin Ras-Laffan sənaye şəhərində və Mesaid şəhərində fəaliyyət göstərən obyektlərinə edilən hərbi hücumlarla əlaqədar olaraq şirkət LNG və onunla əlaqəli məhsulların istehsalını dayandırıb", - şirkətin mətbuat xidməti qeyd edib.

Məlumata görə, bu tədbirlər İranın Qətərin "QatarEnergy"yə məxsus enerji infrastrukturuna zərbə endirməsindən sonra görülüb.

"QatarEnergy" Qətərin dövlət neft-qaz şirkətidir və dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalçılarından biridir.

Daha çox xəbər