Bakı Weather --°C
|

Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb

11.02.2026 15:33 | 4

[center]Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb[/center]
Rusiyanın Anapa şəhərinin sənaye texnikumunun yaxınlığında baş verən atışmada iki nəfər yaralanıb.

Bu barədə "Kuban" məlumat yayıb.

Məlumatlara görə, hücumda şübhəli şəxs artıq saxlanılıb, onun üzərindən silah-sursat aşkar olunub. Hadisə yerində Rusiya Milli Qvardiyası, polis və təcili xidmət əməkdaşları çalışır. Hüquq-mühafizə orqanları hələ rəsmi şərh verməyib.

Bildirilir ki, texnikum tələbələri atışma səslərini eşidəndən sonra binanın qapısını bağlayıblar.

Daha çox xəbər