Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub
[center]
[/center]
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb edilib.
Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, ekspertizası tamamlanan 59 layihənin ümumi dəyəri 4 milyard 38 milyon manatdır.
Ekspertiza çərçivəsində layihə xərcləri bazar qiymətləri və qüvvədə olan normalarla müqayisə edilir, layihə cizgiləri ilə smeta sənədləri arasındakı uyğunsuzluqlar araşdırılır.