Bakı Weather --°C
|

“Ağdam şəhidlərinin Zəfər yolu” layihəsi çərçivəsində Bərdədə maarifləndirici tədbir keçirilib

19.10.2026 15:48 | 0
[center]“Ağdam şəhidlərinin Zəfər yolu” layihəsi çərçivəsində Bərdədə maarifləndirici tədbir keçirilib[/center]
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsanlara Qayğı İctimai Birliyi tərəfindən həyata keçirilən “Ağdam şəhidlərinin Zəfər yolu” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Bərdə Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.
Tədbirdə Mərkəzin tələbələri ilə Ağdam şəhidlərinin həyat və döyüş yolu, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq nümunələri, eləcə də Ağdamın şəhidlik tarixinin xalqımızın Zəfər salnaməsindəki yeri haqqında geniş müzakirələr aparılıb.
Görüş zamanı gənclərə Ağdam şəhidlərinin göstərdikləri igidlik və fədakarlıqlar barədə məlumat verilib, şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının və qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Tələbələr mövzuya böyük maraq göstərərək müzakirələrdə fəal iştirak edib, onları maraqlandıran sualları ünvanlayıblar. Tədbir çərçivəsində layihənin məzmununu və məqsədlərini əks etdirən maarifləndirici bukletlər iştirakçılara paylanılıb, tədbirdə iştirak edən gənclərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Ağdam şəhidlərinin Zəfər yolu” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsanlara Qayğı İctimai Birliyi tərəfindən üç ay müddətində icra olunur. Layihənin rəhbəri Ələkbər Ağayevdir.
Layihənin əsas məqsədi Ağdam şəhidlərinin qəhrəmanlıq tarixini təbliğ etmək, onların şərəfli həyat və döyüş yolunu gənc nəslə tanıtmaq, gənclərdə vətənpərvərlik ruhunu və milli-mənəvi dəyərlərə bağlılığı gücləndirməkdir.
[center]
[/center]

Daha çox xəbər