Bakı Weather --°C
|

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

26.10.2026 12:18 | 11

[center]Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək[/center]
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.

Berendsen bu barədə “X” hesabında paylaşım edib.

O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.

“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.

Daha çox xəbər