Bakı Weather --°C
|

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

19.10.2026 17:15 | 14
[center]“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb[/center]
Sosial şəbəkələrdə “falçılıq” və “baxıcılıq” adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.
Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə həmin əməlləri törədən, dələduzluq cinayətləri ilə bağlı axtarışda olan Emin Əsədov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Əsədov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Daha çox xəbər