Bakı Weather --°C
|

Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq

16.10.2026 19:00 | 16

[center]Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq[/center]
Sabah Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində qısamüddətli məhdudiyyət tətbiq olunacaq.

Adıçəkilən ərazidə təmir işləri ilə əlaqədar oktyabrın 17-si saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq ediləcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Daha çox xəbər