Bakı Weather --°C
|

Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

23.09.2026 08:46 | 1

[center]Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq[/center]
Sentyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Yeni Yasamal 2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

İşlər yekunlaşdıqdan sonra abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Daha çox xəbər