Bakı Weather --°C
|

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq

21.09.2026 09:24 | 1

[center]Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq[/center]

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

Kişilərdən ibarət komanda VI turda Argentina ilə üz-üzə gələcək.

Qadınlar isə Qazaxıstandan olan rəqibləri ilə mübarizə aparacaqlar.

8 xalla 11-ci pillədə qərarlaşan kişilərdən ibarət kollektiv daha öncə Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub edib. Çexiya və Rumıniya ilə görüşlər heç-heçə bitib - 2:2.

10 xalla 4-cü olan qadınlardan ibarət milli isə Qvatemala, Danimarka (hər ikisi 4:0), İsveç, İngiltərə (hər ikisi 2,5:1,5) və Serbiyanı (3:1) məğlub edib.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.  

Daha çox xəbər