Bakı Weather --°C
|

Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib

17.09.2026 09:12 | 1

[center]Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib[/center]
Rusiya Federasiyasının (RF) Yaroslavl vilayətindəki neft email zavodunda (NEZ) pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində yanğın baş verib.

Bu barədə regionun rəhbəri Mixail Yevrayev bildirib.

Onun məlumatına görə, vilayət üzərindəki səmada 65 PUA məhv edilib.

"Bu gün düşmən PUA-larının böyük hücumu dəf edilib. 65 pilotsuz uçuş aparatı vurulub. (...) Neft emalı zavodunda zədələnmələr var. Yanğınların operativ şəkildə söndürülməsi aparılır", - "İnterfaks" Yevrayevin sözlərindən sitat gətirir.

Məlumata görə, dron hücumları nəticəsində xəsarət alan olmayıb.

"Hazırda regionumuzun ərazisində pilotsuz uçuş aparatlarının birbaşa hücum təhlükəsi yoxdur", - region rəhbəri əlavə edib.

Daha çox xəbər