Bakı Weather --°C
|

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

16.09.2026 09:25 | 2

[center]Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib[/center]
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib.

Bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Hörmətli Abdullah M. Əlhaməd, Ərəb Media Forumuna dəvətiniz üçün təşəkkür edir, bu mühüm tədbiri ən yüksək səviyyədə təşkil etdiyiniz üçün səmimi təbriklərimi çatdırıram. Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının, o cümlədən media və kommunikasiya sahəsində əməkdaşlığın Prezidentlərimizin rəhbərliyi və baxışlarına uyğun olaraq daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələrimizi yüksək qiymətləndirdim", - deyə o əlavə edib.

Daha çox xəbər