Bakı Weather --°C
|

Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər

14.09.2026 09:51 | 0

[center]Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər[/center]

"Azərbaycandan başlayan məhsuldar əməkdaşlığın uğurlu davamı türk dövlətləri arasında mənəvi həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

"Ulu Öndər Heydər Əliyev bizi bir ağacın budaqlarına bənzədərək türk xalqlarının ortaq köklərə bağlılığını ifadə edib. Prezident İlham Əliyevin təbirincə desək, “Türk dünyası bizim ailəmizdir. Dövlət başçılarımızın müdrik və uzaqgörən siyasəti sayəsində ortaq dini və mənəvi dəyərlərimizə xüsusi ehtiram və qayğı göstərilir. Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də dövlətlərimiz və xalqlarımız arasında formalaşmış qardaşlıq münasibətləri xüsusi təqdirəlayiqdir”, - Allahşükür Paşazadə qeyd edib.

O, TDT-yə üzv dövlətlərin xalqlarının çətin və sınaqlı günlərdə bir-birinə qardaşlıq dəstəyini dəfələrlə nümayiş etdirdiyini bildirib.

“ 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə tərəfindən göstərilən hərtərəfli və qətiyyətli dəstəyinin şahidi olduq.Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışı və Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi prosesində də TDT-yə üzv qardaş dövlətlər ölkəmizə öz dəstəklərini əsirgəməyiblər. Bu həmrəylik və qardaşlıq münasibətləri türk dünyasının birliyinin və qarşılıqlı dəstəyinin bariz nümunəsidir”, - Allahşükür Paşazadə vurğulayıb.

Daha çox xəbər