Bakı Weather --°C
|

Oğuz rayonunda tələbələr üçün maarifləndirici tədbir keçirilib

22.06.2026 17:35 | 2

[center]Oğuz rayonunda tələbələr üçün maarifləndirici tədbir keçirilib[/center]

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinin icrası çərçivəsində Oğuz rayonunda tələbələr üçün maarifləndirici tədbir keçirilib.

Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Oğuz Rayon İcra Hakimiyyəti və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri, psixoloq Büllur Cavad qızı, peşə məktəbinin müəllimləri və tələbələr iştirak ediblər.

Tədbirin əsas məqsədi tələbələr arasında narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi, gənclərin zərərli vərdişlərdən qorunması, onların narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumatlılığının artırılması və sağlam həyat tərzinin təşviq edilməsindən ibarət olub.

Çıxışlar zamanı narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına, sosial həyata və gələcək nəslin inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, gənclərin riskli davranışlardan uzaq tutulması, asılılığın ilkin əlamətlərinin vaxtında müəyyənləşdirilməsi və bu istiqamətdə profilaktik tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə çıxış edən psixoloq Büllur Cavad qızı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda keçirilən və Yeşilay tərəfindən həyata keçirilən asılılıqlarla mübarizə üzrə təlim proqramının birinci mərhələsində iştirak etdiyini bildirib.

Qeyd olunub ki, proqram çərçivəsində Yeşilay tərəfindən təşkil edilən təlimlərdə asılılıqların profilaktikası, yeniyetmə və gənclərlə iş, risklərin erkən müəyyənləşdirilməsi, eləcə də interaktiv təlim metodlarının tətbiqi ilə bağlı yeni bilik və bacarıqlar əldə edilib. Təlim iştirakçılarına praktiki fəaliyyət zamanı istifadə üçün müvafiq metodik vəsaitlər və təlim alətləri təqdim olunub.

Psixoloq əldə etdiyi təcrübəni tədbir iştirakçıları ilə bölüşərək Yeşilay təlimlərində öyrəndiyi metodlar əsasında tələbələr üçün praktiki sessiya keçirib. Sessiya zamanı gənclərin asılılıq yaradan davranışlardan qorunması, riskli vəziyyətlərdə düzgün qərar qəbul etməsi və sağlam həyat tərzinə üstünlük verməsi ilə bağlı interaktiv tapşırıqlar tətbiq olunub.

Praktiki sessiya çərçivəsində real situasiyalar əsasında müzakirələr aparılıb, tələbələrin fəal iştirakı təmin olunub, onları maraqlandıran suallar cavablandırılıb və fikirləri dinlənilib.

Tədbir zamanı, həmçinin narkomanlığın qarşısının alınması, gənclərin maarifləndirilməsi və narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumatlılığın artırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, eləcə də “Valideynlər üçün tövsiyə”, “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Psixotrop maddələr haqqında həqiqət” və “Məlumatlı ol, cinayət törətmə” adlı maarifləndirici materiallar tədbir iştirakçılarına təqdim olunub.
[center]



[/center]

Daha çox xəbər