Bakı Weather --°C
|

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

28.08.2026 13:12 | 4

[center]Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib[/center]
Ukrayna ordusunun Baş Qərargahı Rusiyanın Yaroslavl vilayətində “Slavneft-YANOS” neftayırma zavoduna hücumu təsdiqləyib.

“RBC-Ukraine” xəbər verir ki, Ukrayna hərbi rəsmilərinin məlumatına görə, hücum nəticəsində zavodun ərazisində yanğın baş verib.

Qeyd edək ki, bundan əvvəl sözügedən obyektin vurulması barədə xəbərlər yayılıb. “Slavneft-YANOS” neftayırma zavodu Rusiyada ən iri neftayırma zavodlarından biridir və illik 15 milyon ton neft emalı potensialı var.

Daha çox xəbər