Bakı Weather --°C
|

Nazir: "Azərbaycan bankı bu gün Özbəkistan bankında payın alınmasına dair müqavilə imzalayacaq"

22.08.2026 18:30 | 6

[center]Nazir: "Azərbaycan bankı bu gün Özbəkistan bankında payın alınmasına dair müqavilə imzalayacaq"[/center]
"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu gün Özbəkistanın "Davr Bank"ının nəzarət səhm paketininəldə edilməsinə dair müqavilə imzalayacaq.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda deyib.

"Bu gün ABB-nin iştirakı ilə tərəfdaşlıq və "Davr Bank"da payın əldə edilməsi yolu ilə Özbəkistan bazarına çıxışın təməlini qoyacaq müqavilə imzalanacaq", - nazir qeyd edib.

Xatırladaq ki, bu ilin may ayında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın 2026-cı ilin ikinci yarısında Özbəkistanın "Davr Bank"ının səhmlərinin 51 %-nin satın alınmasına dair sövdələşməni yekunlaşdırmağı və Özbəkistan bazarında əməliyyatlara başlamağı nəzərdə tutduğunu açıqlamışdı.

A.İbrahimov qeyd edib ki, Özbəkistanda bankın alınması çərçivəsində ABB-nin investisiyalarının həcmi 100 milyon ABŞ dollarını ötəcək.

"Davr Bank" 2001-ci ilin sentyabr ayından Özbəkistan ərazisində fəaliyyət göstərir.

Daha çox xəbər