Bakı Weather --°C
|

Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qarabağ Regional DOST Mərkəzində həssas qrupdan olan uşaqlar və onların valideynləri üçün maarifləndirici və dəstək yönümlü tədbir təşkil olunmuşdur.

23.01.2026 16:10 | 9

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədri Səfurə Hümbətova, Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva, Uşaq Səfirlər Məclisinin Bərdə region nümayəndəsi Əlizadə Kənan və komissiyanın üzvü Şəhla Əsgərova çıxış edərək fiziki məhdudiyyəti olan uşaqların cəmiyyətə inteqrasiyası, onların hüquqları, sosial adaptasiyası, eləcə də dövlət tərəfindən yaradılan inklüziv imkanlar barədə ətraflı məlumat vermişlər.

Tədbirdə həmçinin Qarabağ Regional DOST Mərkəzinin direktor müavini Əziz Əzizzadə , Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naftalan Reabilitasiya Mərkəzinin direktoru Samir Qurbanov, həmin mərkəzin psixoloqu Ofelya Bağırova , eləcə də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Rehapoint Ambulator Reabilitasiya Məntəqəsinin mütəxəssisi Nəsimi Qiyasov çıxış etmişlər.

Tədbir iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsi ilə yaxından tanış olublar. Qonaqlara şöbənin fəaliyyəti, müraciət qaydaları və göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Eyni zamanda təlimçi və benefisiarların hazırladığı əl işləri nümayiş etdirilib, həssas əhali qrupları ilə bağlı həyata keçirilən fəaliyyətlər diqqətə çatdırılıb.

Tədbirin əsas məqsədi fiziki məhdudiyyəti olan uşaqların onlar üçün yaradılmış inklüziv mühitlə tanış olması, uşaqlarda özünə inamın və sosial adaptasiyanın gücləndirilməsi, valideynlərin isə mövcud dəstək imkanları barədə məlumatlandırılması olmuşdur.

Bu cür təşəbbüslər inklüziv cəmiyyətin formalaşmasına və hər bir uşağın potensialının reallaşmasına mühüm töhfə verir.

Daha çox xəbər