Bakı Weather --°C
|

Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb

18.08.2026 15:42 | 7

[center]Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb[/center]
Moskva vilayətinin Serkovo kəndində antiterror təlimləri zamanı məktəbdə səs qumbarası partlayıb, nəticədə dörd pedaqoq xəsarət alıb.

Bu barədə "REN TV" məlumat yayıb.

Məşq zamanı təhsil müəssisəsinin pəncərəsindən səs qumbarası atılıb. Hərbi sursat stolun üzərinə düşüb və partlayıb.

Hadisə yerində müvafiq xidmətlər fəaliyyət göstərir. Mütəxəssislər baş verən insidentin bütün hallarını və səbəblərini araşdırırlar.


Daha çox xəbər