Bakı Weather --°C
|

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

07.08.2026 10:07 | 5

[center]Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək[/center]
Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən yerli bürosuna verilən məlumata görə, d57 mm-lik qaz xəttində sızmaların ləğv edilməsi ilə əlaqədar qəsəbə ərazisində bu gün saat 11:00-dan etibarən təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar qəsəbədəki 1500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Daha çox xəbər