Bakı Weather --°C
|

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

06.08.2026 11:19 | 4

[center]Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub[/center]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevdə Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu Ukrayna Xarici İşlər Nazirliyində qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra nazirlər Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının sərgisinə baxıblar", - məlumatda bildirilir.

Daha çox xəbər