Bakı Weather --°C
|

İsrail Livanda iki "pilot zonadan" qoşunlarının çıxarılmasını nəzərdən keçirməyə hazırdır

14.07.2026 19:00 | 2

[center]İsrail Livanda iki "pilot zonadan" qoşunlarının çıxarılmasını nəzərdən keçirməyə hazırdır[/center]
İsrail ümid edir ki, hazırda Romada Livanla davam edən danışıqlar Livanın cənubunda iki "pilot zona" ilə bağlı razılaşmanın həyata keçirilməsinə imkan verəcək. Həmin razılaşma İsrail qoşunlarının bu ərazilərdən çıxarılmasını nəzərdə tutur.

Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.

"Biz bu iki pilot zona üzrə razılaşmaların icrasına başlamağa hazırıq. Ümid edirəm ki, Romadakı hazırkı danışıqlar raundu bu prosesin irəliləməsinə kömək edəcək", - Saar jurnalistlərə deyib.

Qeyd edək ki, bu gün Romada İsrail və Livan arasında danışıqların 6-cı raundu başlayır. Danışıqlar iki gün davam edəcək.

Daha çox xəbər