Bakı Weather --°C
|

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur

19.05.2026 10:22 | 6

[center]Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur[/center]

Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla bağlı razılıq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.

Daha çox xəbər