Bakı Weather --°C
|

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

14.05.2026 10:32 | 4

[center]Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir[/center]
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Müstəqillik Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Bu barədə "Report"un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir.

Türkiyə liderinin səfəri şərəfinə Müstəqillik Sarayının foyesində fəxri qarovul düzülüb. Prezident orkestri Qazaxıstan və Türkiyənin dövlət himnlərini ifa edib.

Rəsmi mərasimdən sonra Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğanın məhdud tərkibdə görüşü başlayıb.

Daha çox xəbər