Bakı Weather --°C
|

İsrail İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektini məhv edib

16.03.2026 17:21 | 1

[center]İsrail İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektini məhv edib[/center]

İsrail Hərbi Hava Qüvvələri Tehranda “hücum peyklərini” inkişaf etdirmək üçün istifadə olunan mərkəzə zərbə endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, sözügedən mərkəz İranın “Çamran-1” peyki də daxil olmaqla ölkənin hərbi-kosmik potensialını inkişaf etdirmək funksiyası daşıyıb, eləcə də “dünyanın digər ölkələrinin kosmik aktivlərinə və İsrail Dövlətinin peyklərinə zərbə endirmək imkanları” üçün istifadə edilib.

IDF həmin obyektin məhv edildiyini açıqlayıb.

Daha çox xəbər