Bakı Weather --°C
|

Təxliyə olunan: "Proses yüksək səviyyədə həyata keçirildi"

10.03.2026 15:09 | 2

[center]Təxliyə olunan: "Proses yüksək səviyyədə həyata keçirildi"[/center]
Bu gün Omanın paytaxtı Maskatdan Bakıya təxliyə reysi ilə gətirilmiş Azərbaycan vətəndaşları jurnalistlərə açıqlamasında aidiyyəti dövlət qurumlarına minnətdarlıq ediblər.

Təxliyə edilənlərdən biri Xəqani Süleymanov bildirib ki, Dubayda (Birləşmiş Ərəb Əmirlikləri - BƏƏ) 10 gün ərzində əla şəraitlə təmin olunublar və təxliyə prosesi yüksək səviyyədə həyata keçirilib.

"Başda Prezident İlham Əliyev olmaqla, qayğımıza qalanlara təşəkkür edirəm. Allah dövlətimizi, millətimizi, canımızdan çox sevdiyimiz vətənimizi qorusun", - əlavə edib.

Təxliyə olunan digər vətəndaş Elnarə Tağıyeva isə deyib ki, o, BƏƏ-nin Əbu-Dabi şəhərində olub: "Bu təxliyənin həyata keçirilməsinə görə ilk növbədə dövlət başçısına, eyni zamanda, BƏƏ-dəki səfirliyimizə, Dubaydakı konsulluğumuza, AZAL-a ("Azərbaycan Hava Yolları" QSC) və bu prosesdə əməyi olan hər kəsə minnətdarıq. Təxliyə prosesi yüksək səviyyədə və çox yaxşı təşkil olunub. Arzumuz odur ki, hər zaman birlik olsun və belə məsələlər gələcəkdə də bu cür operativ şəkildə təşkil edilsin".

Daha çox xəbər