Bakı Weather --°C
|

Havanın temperaturu 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

06.03.2026 16:17 | 3

[center]Havanın temperaturu 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ[/center]
Martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Daha çox xəbər