Bakı Weather --°C
|

Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

05.03.2026 11:24 | 2

[center]Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək[/center]
Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev martın 11-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Sabunçu rayon sakinlərinin qəbulunu keçirəcək.

Daha çox xəbər