Bakı Weather --°C
|

ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb

03.03.2026 14:33 | 2

[center]ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb[/center]
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bu ölkədə ölənlərin sayı 787-yə çatıb.

Bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

"Ölkənin 153 yaşayış məntəqəsində 504 obyektə endirilən hava zərbələri zamanı 787 nəfər həyatını itirib. Hazırda zərər görmüş binalarda axtarış-xilasetmə əməliyyatları davam edir", - açıqlamada qeyd olunub.

Açıqlamada yaralıların sayı barədə heç bir məlumat verilməyib.

Xatırladaq ki, İran Qızıl Aypara Cəmiyyəti martın 2-də ABŞ və İsrailin hücumlarında 555 nəfərin öldüyünü açıqlamışdı.

Daha çox xəbər