Bakı Weather --°C
|

Məhsəti Əbil qızı Mirzəyeva Kimya elmi üzrə fəlsəfə doktoru, Dosent

03.03.2026 11:43 | 3

Məhsəti Əbil qızı Mirzəyeva
Kimya elmi üzrə fəlsəfə doktoru, Dosent
ADPU-nun Kimya və Biologiya fakültəsinin “Analitik və Üzvi kimya ”
kafedrasının dosenti
Qısa bioqrafik məlumat

Kimya üzrə fəlsəfə doktoru, dosent Məhsəti Mirzəyeva Əbil qızı 1957 – ci ildə sentyabrın 7-də
Sisyan rayonunun Urud kəndində anadan olmuş,orta məktəbi bitirdikdən sonra Bakı Dövlət
Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1982 ci ildə Bakı Dövlət Universitetini bitirdikdən
sonra AMEA – nin Aşqarlar Kimyası İnsitutunda baş elmi işçi kimi, əmək fəaliyyətinə başlamışdır.
1986-cı ildə ADPU – nun Üzvi Kimya və Kimya texnologiyası kafedrasının dissertantı təsdiq
olunaraq elmi fəaliyyətə başlamışdır. 2006 – ci ildən həmin kafedrada baş müəllim vəzifəsində
çalışmışdır. 2010 – cu ildə "Ariloksi əvəzli spirtlər və onların bəzi törəmələrinin sintezi və
xassələri"mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru
alimlik dərəcəsini almışdır. 2014 – cü ildən həmin kafedranın dosenti kimi fəaliyyətini davam
etdirir Dosent.M.Ə.Mirzayevanın elmi yenilikləri 3 adda Azərbaycan Patentində öz təsdiqini
tapmışdır. Çox sayda respublika və beynəlxalq konfranslarda iştirakçı olmuş sertifikatlarla
qiymətləndirilmişdir. Dosent. M.Ə.Mirzəyeva 20 – yə yaxın dərs vəsaiti,metodik - vəsait, program
və 100 - dən çox elmi məqala və tezislərin müəllifidir. Evlidir, üç övladı var.
1BTəhsili, elmi dərəcəsi və elmi adı
• Ali təhsillidir. 1982-ci ildə BDU-nun kimya fakültəsini bitirib.
• 2010-cu ildə namizədlik dissertasiyası müdafiə edərək 02.00.03- üzvi kimya üzrə
fəlsəfə doktoru adını alıb.
• 2014-cü ildən ADPU-nun Analitik və Üzvi kimya kafedrasının dosenti adini almışdir •
Əmək fəaliyyəti
2B
• 1983-1986 AMEA-nın AKİ inistutu, baş elmi işçi
• 1986-1996 ADPU-nun Üzvi kimya kafedrası, baş laborant
• 1996-2006 ADPU-nun Üzvi kimya kafedrası, labaratoriya müdiri
• 2006-2011 ADPU-nun Üzvi kimya kafedrası, müəllimi
• 2011-ci ildən ADPU-nun Üzvi kimya kafedrası, baş müəllimi
• 2014-cü ildən ADPU-nun Analitik və Üzvi kimya kafedrasının dosenti adini almışdır və
hazırda dosent kimi əmək fəaliyətini dəvam etdirir.
Apardığı dərslər
• Neft kimyası
• Kimya texnologiyası
• Üzvi kimya
• Aşqarlar kimyası
Elmi Yeniliklər
4B
• Azərbaycan Patenti I 2011, 0012. 02.02.2011. 1-Heptiltio-2-feniltiokarbamino-3-(2'-
xlorfenoksi)propan sürtkü yağlarına aşqar kimi
• Azərbaycan Patenti I 2011, 0013. 02.02.2011.1-Heptiltiometil-2-(2'-xlorfenoksietil)-N(2'-
metiltiokarbomat) sürtkü yağlarına korroziya əleyhinə aşqar kimi
• Azərbaycan Patenti I 2015, 0035. 16.03.2015.1-(N-piperidino)-3-etiltio-2-
feniltiokarbomoiloksipropan sürtkü yağlarına antimikrob aşqar kimi
Kitablari
• 1.“Elementüzvi birləşmələr kimyası”. Dərs vəsaiti. ADPU,Bakı-2016.353 səh.
N.Ə.Əkbərov,M.Ə,Mirzəyeva, R.K.Məmmədova, G.V.Babayeva, K.O. İskəndərova
• 2.Üzvi sintez (sərbəst işlər, sual və tapşırıqlar). Dərs vəsaiti. ADPU,Bakı-2017.300 səh.
Əkbərov N, M,Ə,Mirzəyeva G.V.Babayeva, İskəndərova,
K,O Baxşıyeva Ü.Ş.
• 3.Neft kimyası 1001 testdə. Metodik vəsait. ADPU,Bakı-2017.393 səh.Əkbərov
N.Ə,Məmmədova R.K,Həsənov V.S, Babayeva,G,V, Mirzəyeva,M.Ə, Qasımova
Y.C,Cəfərov İ.A.
• 4.Üzvi kimyadan praktikum.Dərs vəsaiti.ADPU, Baкı-2018.363 səh.Əkbərov
N.Ə,Cəfərov İ,A,Mirzəyeva,Ə,M., Zalov Ə,Z, ,İskəndərova K.O.
• 5.Çoxqat karbon-karbon rabitəsinə birləşmə .Dərs vəsaiti.ADPU, Bakı -2019.125 səh
Novruzova N.A. ,Zalov Ə.Z., Mirzəyeva.M,Ə
• 6.Neft kimyasından praktikum.Dərs vəsaiti. ADPU, Bakı -2019.350 səh
Mirzəyeva,M,Ə
• 7.Neft kimyası 1001 testdə(yenidən işlənmiş təkrar nəşr).Metodik vəsait.
ADPU,Bakı-2019.555 səh. N.Ə.Əkbərov,R.K.Məmmədova, V.S.Həsənov,
G.V.Babayeva, M.Ə.Mirzəyeva,Y.C.Qasımova, İ.A.Cəfərov.
• 8.Üzvi kimyadan praktikum-I hissə.Dərs vəsaiti.ADPU,Bakı-2020.282 səh.
N.Ə.Əkbərov, İ.A.Cəfərov, M.Ə.Mirzəyeva, K,U,İskəndərova.
• 9.Üzvi kimyadan praktikum-II hissə Dərs vəsaiti.ADPU,Bakı-2020.316 səh
N.Ə.Əkbərov, İ.A.Cəfərov, M.Ə.Mirzəyeva, K,U,İskəndərova
• 10.Üzvi kimya. Dərs vəsaiti. ADPU,Bakı-2021. 125 səh. V,S.Həsənov,
Ə,Z,Zalov ,M,Ə,Mirzəyeva, K,O,İskəndərova.
• 11.Neft kimyasından praktikum.(Təkrar
nəşr).ADPU.Bakı-2022.səh-310.M.Ə.Mirzəyeva.
• 12.Практикуи по биохимии. Учебное
пособие.АГПУ.Баку-2022.стр-350.А.А.Махмудова,
М.А.Мирзоева.К.О.Искендерова.

Daha çox xəbər