Bakı Weather --°C
|

ÜST: Tehranda bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib

02.03.2026 17:44 | 3

[center]ÜST: Tehranda bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib[/center]

İranın paytaxtında bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib.

Bu barədə “Reuters“ Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.

ÜST-un sözcüsü Tehran şəhərindəki Qandi Xəstəxanası ilə əlaqədar bildirib ki, yaxınlıqdakı partlayışlar səbəbindən xəstəxanaya zərər gəldiyi üçün xəstələr təxliyə ediblər.

Bildirilir ki, təşkilat hazırda 28 fevralda ABŞ-İsrailin İrana hava hücumlarına başlamasından bəri ölkədə üç digər tibb müəssisəsinin hədəf alındığına dair məlumatları yoxlamağa çalışır.

Daha çox xəbər