Bakı Weather --°C
|

İlham Mirzəliyev İmişlidə vətəndaş qəbulu keçirəcək

02.03.2026 16:07 | 4

 
"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev İmişli rayonunda vətəndaş qəbulu keçirəcək.

Qəbul mart ayının 19-u saat 11:00-da İmişli rayonunda yerləşən Heydər Əliyev mərkəzində keçiriləcək.

Qəbulda İmişli, Saatlı və Sabirabad sakinləri iştirak edə bilərlər. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Daha çox xəbər