Bakı Weather --°C
|

Pirşağı və Ləhic bağlarında işıq olmayacaq

27.02.2026 08:57 | 2

[center]Pirşağı və Ləhic bağlarında işıq olmayacaq[/center]

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.

Bu barədə "Azərişıq" ASC-dən bildirilib məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Təmir işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Daha çox xəbər