Bakı Weather --°C
|

Dərin kədər hissi ilə bildiririk ki, el-oğlumuz Fəzail Ağamalı vəfat edib.

09.02.2026 23:31 | 6

Qarakilsə rayonunun Qızılşəfəq (Şıxlar) kəndindən olan sabiq millətvəkili, Ana Vətən Partiyasının qurucu Fəzail Ağamalının vəfatı xəbəri onu tanıyan hər kəsi dərindən kədərləndirib. Onun həyatdan köçməsi ailəsi, yaxınları və cəmiyyət üçün böyük itkidir. Mərhum ömrü boyu ətrafında olan insanların hörmətini qazanmış, insanlığı, səmimiyyəti və şəxsiyyəti ilə seçilmişdir. Onu tanıyanlar Fəzail Ağamalını xeyirxah, düzgün və etibarlı bir insan kimi xatırlayırlar. Bu ağır itki münasibətilə mərhumun ailəsinə və qızı hörmətli millətvəkili Günay xanım Ağamalıya dərin hüznlə başsağlığı verir, onlara səbir və dözüm diləyirik. Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Fəzail Ağamalının xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Qarakilsə rayon İcması

Daha çox xəbər