Bakı Weather --°C
|

“Sağlam gələcək naminə” interaktiv maarifləndirmə tədbiri keçirilib

24.06.2026 16:40 | 2

[center]“Sağlam gələcək naminə” interaktiv maarifləndirmə tədbiri keçirilib[/center]
Bakı Gənclər Mərkəzində 26 iyun Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Gənclərin Anti-narkomaniya İctimai Birliyi və “Ahəng” Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam gələcək naminə” adlı interaktiv maarifləndirmə tədbiri təşkil olunub.

Görüşün məqsədi yeniyetmə və gənclər arasında narkotik vasitələr və digər asılılıq yaradan vərdişlərin yaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq, risklərin qarşısının alınmasına yönəlmiş yanaşmaları təbliğ etmək, sağlam həyat tərzini təşviq etmək və psixoloji dayanıqlığı gücləndirmək olub.

Tədbir zamanı narkomaniyanın fərdin sağlamlığına və sosial həyatına yaratdığı ciddi fəsadlar, asılılığın formalaşmasına təsir edən amillər və profilaktik tədbirlərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Gənclərin riskli davranışlardan qorunması, düzgün qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və sağlam seçimlərə istiqamətləndirilməsi ilə bağlı praktik yanaşmalar təqdim edilib.

Görüşdə çıxış edən psixoloq Büllur Cavad qızı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda keçirilən və Yeşilay tərəfindən həyata keçirilən asılılıqlarla mübarizə üzrə təlim proqramının birinci mərhələsində iştirak etdiyini bildirib.

O, proqram çərçivəsində Yeşilayın təşkil etdiyi təlimlərdə iştirak edərək asılılıqların profilaktikası, yeniyetmə və gənclərlə iş, risklərin erkən müəyyənləşdirilməsi və interaktiv təlim metodlarının tətbiqi üzrə yeni bilik və bacarıqlar əldə edib. Təlim iştirakçılarına praktiki iş zamanı istifadə üçün müvafiq metodik vəsaitlər və təlim alətləri təqdim olunub.

Psixoloq Büllur Cavad qızı əldə etdiyi təcrübəni görüş iştirakçıları ilə bölüşüb və Yeşilay təlimlərində öyrəndiyi metodlardan istifadə etməklə praktiki sessiya keçirib. Sessiyada gənclərin asılılıq yaradan davranışlardan qorunması, riskli vəziyyətlərə düzgün reaksiya verməsi və sağlam qərarlar qəbul etməsi üzrə interaktiv tapşırıqlar tətbiq olunub.

İştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, onların fikirləri dinlənilib və real situasiyalar üzərindən müzakirələr aparılıb.

Çıxışlarda narkomaniyaya qarşı mübarizənin yalnız tibbi və hüquqi tədbirlərlə məhdudlaşmadığı, bu istiqamətdə davamlı profilaktik işin və erkən maarifləndirmənin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Sonda yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinə təşviqi və asılılıqların qarşısının alınması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi bildirilib.
[center]

[/center]

Daha çox xəbər